Azərbaycan Autizm Assosiasiyası müsabiqə elan edir

Azərbaycan Autizm Assosiasiyası 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar olaraq media nümayəndələri arasında “Autizm:mövcud problemlər və maarifləndirmə" mövzusunda məqalə müsabiqəsi elan edir.
 
Müsabiqə bütün dünyada olduğu kimi ölkəmizdə də XXI əsrin ən qlobal problemlərindən hesab edilən autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına diqqəti çəkmək üçün təşkil edilir.
 
Kriteriyalar: ~Məqalə innovativ və əhatəli olmalıdır; ~Müsabiqə elan olunduqdan sonra elektron internet portallarında dərc edilməli və [email protected] elektron poçt ünvanına göndərilməlidir; ~Məqalələrin son qəbul tarixi 10 may 2020-ci ildir.
 
Əlaqə: Tel: (012) 4318342 Mob: (077) 7420075 E-mail: [email protected]