AÇ-2024: Millimiz Avstriya seçməsinə uduzdu

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində ilk oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, yığmamız Avstriyanın qonağı olacaq.  Linzdəki “Raiffeisen Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qrupun digər matçında İsveç Belçikanı qəbul edəcək.

Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-i İsveçə qarşı keçirəcək.

Xatırladaq ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda ardıcıl 5 qarşılaşmadır qalib gəlir.

24 mart

23:45. Avstriya - Azərbaycan 4:1

Qol: Sabitzer, 28, 50, Qriqoriç, 29, Baumqartner, 69 / Emin Mahmudov, 64
Hakimlər
: Bartoş Frankovski,Marçin Boniek, Yakub Vinkler, Damian Kos (hamısı Polşa)
Linz, “Raiffeisen Arena”

23:45. İsveç - Belçika 0:0
"Friends Arena")