Azərbaycan Basketbol Liqasında XVI tur başlayır
Azərbaycan Basketbol Liqasında XVI tura bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, ilk olaraq A qrupunda iki oyun keçiriləcək.
"Neftçi" "Naxçıvan"la, "Sərhədçi" "Sabah"la üz-üzə gələcək. Hər iki görüş saat 19:00-da start götürəcək.
26 xalı olan Naxçıvan təmsilçisi liderdir. Eyni xala malik "Sabah" ikincidir. "Neftçi" 22 xalla üçüncü, "Sərhədçi" 21 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.