Azərbaycan birinciliyinə yekun vuruldu

Milli Gimnastika Arenasında keçirilən qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub.

Sportline.az xəbər verir ki, yarışda "Ocaq Sport", Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən idmançılar qüvvələrini sınayıblar.

İki gün davam edən yarışda idmançılar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında qüvvələrini sınayıblar. Ümumilikdə 69 idmançı müxtəlif alətlərdə çıxışlarını hakimlərə təqdim edərək öz aralarında ən güclünü müəyyənləşdiriblər.