Azərbaycan boksçusu Almaniyadakı turnirdə yarımfinala yüksəlib
Azərbaycan təmsilçisi Sübhan Babayev (60 kq) Almaniyanın Frankfurt şəhərində keçirilən 19 yaşadək boksçular arasında “Brandenburq Kuboku”nda yarımfinala yüksəlib.
Bu barədə Sportline.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, Simonas Puniskisin (Litva) ardınca 1/4 finalda almaniyalı Nur Zakaryeni də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).
Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən Babayev bu mərhələdə Mattia Turrinlə (İtaliya) qarşılaşacaq.
Qeyd edək ki, yarışa avqustun 2-də yekun vurulacaq.