Azərbaycan Bolqarıstana qarşı

Qadın voleybolçuların Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün yarışın 1/8 final mərhələsinin oyunları keçiriləcək. Hollandiya, Xorvatiya, Macarıstan, Rumıniya və Estoniya ilə mübarizə apardığı qrupda  ikinci pilləni tutan Azərbaycan seçməsi, 1/4 finala çıxış uğrunda Bolqarıstanla üz-üzə gələcək. Oyun Budapeştin "Lasso Pappa" İdman Arenasında keçiriləcək. Start fiti Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.  

Qeyd edək ki, millimiz Bolqarıstan səddini adlasa, 1/4 finalda Hollandiya - Yunanıstan cütünün qalibi ilə görüşəcək.

18:00. Hollandiya - Yunanıstan
20:30. Azərbaycan - Bolqarıstan