Azərbaycan çempionatında II turun oyunları keçirilib
Qadın həndbolçuların Azərbaycan çempionatında ikinci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, Abu Arenada keçirilən yarışda, bu gün növbəti qarşılaşmalar olub. “Gənclər Birliyi”- “Azərsu” görüşündə gözlənildiyi kimi nominal qonaqlar inamlı qələbə qazanıblar. Daha mübariz oyun nümayiş etdirən "Azərsu" 51:21 hesabı ilə qalib gəlib.
“Azəryol” - “Qarabağ” matçı daha gərgin alınıb. Rəqibə ciddi müqavimət göstərən "Qarabağ" çox çalışsa da, məğlubiyyətdən qurtula bilməyib - 26:20.
Noyabrın 20-də ölkə çempionatının növbəti oyunları keçiriləcək. Həmin gün “İdman Akademiyasi” “Gənclər Birliyi” ilə, “Azərsu” isə “Azəryol” la üz-üzə gələcək.