Azərbaycan çempionatında iki turun oyunları keçirilib
Qadın həndbolçular arasında Azərbaycan çempionatında V və VI turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, “AHF Arena”da baş tutan V turun matçları favoritlərin qələbəsi ilə nəticələnib.
İlk matçda “Qarabağ” “U-16” komandasını asanlıqla üstələyib - 49:5. “İdman Akademiyası” – “Azərsu” görüşündə nominal ev sahibi 42:12 hesablı qələbəyə sevinib.
VI tur görüşlərində də ssenari dəyişməyib. “U-16” bu qarşılaşmada rəqibə nisbətən müqavimət göstərsə də, “Qarabağ” matçı 58:22 hesablı qələbə ilə başa vurub. “İdman Akademiyası” isə “Azərsu”nu bu tur 47:14 hesabı ilə məğlub edib.
Hərəyə 12 xalı olan “Azəryol” və “İdman Akademiyası” çempionatın şərikli liderləridir. “Qarabağ”la “Azərsu”nun aktivində 6 xalı var. U-16 hələ də xal qazana bilməyib.