Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Kişi həndbolçulardan ibarət Azərbaycan çempionatında XIII və XIV turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, XIII turun matçlarından əvvəl Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İlk görüşdə "İdman Akademiyası" "Bakı"nı 36:31 hesabı ilə məğlub edib. “Təhsil” RİOEUGİM-i böyük hesabla üstələyib - 55:29.

XIV tur da favoritlərin qələbəsi ilə başa çatıb. “Təhsil” - RİOEUGİM-ə qalib gəlib - 58-31. “İdman Akademiyası” isə “Bakı”nı məğlubiyyətə uğradıb - 39:25

“İdman Akademiyası” 27 xalla liderliyi davam etdirir. Hərəyə 21 xalı olan “Məhsul” və “Təhsil” komandaları ikinci-üçüncü yerləri bölüşür.

“Dinamo” 12 xalla 4-cüdür. RİOEUGİM və “U-16”-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla son pillədə qərarlaşıb.