Azərbaycan çempionatında pley-off mərhələsi başlandı
Kişi həndbolçuların ölkə çempionatında, pley-off mərhələsinin ilk oyunları olub.
Sportline.az xəbər verir ki, əvvəlcə meydançaya "Bakı" və "Məhsul" komandaları çıxıblar. Çempionatın ilk hissəsini hərəyə 10 xalla, müvafiq olaraq 2-ci və 3-cü pillədə başa vuran rəqiblərin görüşü gərgin alınıb. Qarşılaşma daha yüksək əzmkarlıq göstərən "Bakı"nın qələbəsi ilə yekunlaşıb - 37:34. Günün digər matçında, 16 xalla çempionatın lideri olan "Məhsul", yarışın aşkar autsayderi RİOEUGİM kollektivni 36-30 hesabı ilə məğlub edib.
Pley-off mərhələsinin cavab görüşləri aprelin 8-də keçiriləcək.