Azərbaycan çempionatının ən yaxşıları müəyyənləşib

Kişi həndbolçuların başa çatan XXIX Azərbaycan çempionatının ən yaxşıları müəyyənləşib.

AHF-dən Sportline.az-a verilən məlumata görə, ölkə çempionu adına layiq görülən “İdman Akademiyası”nın 3 üzvü bu siyahıda yer alıb. Rəqib qapılarından daha çox top keçirən Fəda Yusifov ən yaxşı bombardir olub. Komandanın dıgər üzvləri - Hüseyn Qafarov ən yaxşı qapıçı, Sabiq Nəzərəliyev ən yaxşı oyunçu statusunu qazanıb. “İdman Akademiyası”nın çalışdırıcısı, Əməkdar bədən təbiyəsi və idman xadimi Vidadi Əliyev isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov çempionatın ən yaxşı nümayəndəsi, Ələkbər Ağakişiyev - Ernest Ağakişi tandemi isə ən yaxşı hakimi olub.

Xatırladaq ki, “İdman Akademiyası” çempionatın qızıl, “Dinamo” gümüş, “Məhsul” bürünc medallarına sahib çıxıb.