Azərbaycan çempionu Avropa kuboku turnirinə hazırlaşır

Kişi həndbolçulardan ibarət komandaların  avrokubok mövsümünə start verilib.

Sportline.az xəbər verir ki, Avropa kuboku turnirində ölkəmizin idman şərəfini Bakı klubu qoruyacaq.

Fiziki bacarıqların lazımi səviyyəyə çatdırılması məqsədilə həndbolçularımız sentyabrın ikinci öngünlüyündən artıq məşqə çıxırlar. Hazırlıq prosesi həftədə 5 dəfə olmaqla baş məşqçi Eldar Fərəcov və köməkçi məşqçi Elnur Cahangirovun rəhbərliyi ilə “AHF Arena” idman kompleksində həyata keçirilir.

Xatırladaq ki,  Bakı komandasının  Avropa Həndbol Federasiyası (EHF) Avropa kuboku turnirindəki oyunlarının vaxtı da müəyyənləşib. Azərbaycan çempionu ikinci təsnifat mərhələsində  Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə qarşlaşacaq.

İlk oyun oktyabrın 29-da, cavab qarşılaşması isə bir gün sonra keçiriləcək.

Qraçanisa şəhərində keçiriləcək görüşlər yerli vaxtla saat 18:00-da başlanacaq.