Azərbaycan çempionu "Benfika"ya qarşı

Futzal üzrə Azərbaycan çempionu “Araz”, bu gün Cempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxacaq. 

Sportline.az xəbər verir ki, rəqib Portuqaliyanın “Benfika” komandasıdır.

“Araz” ötən gün keçirilən ilk oyunda Belçikanın “Halle Qooik” komandasına 1:5 hesabı ilə uduzduğu halda, “Benfika” Ukrayna “Xerson”u ilə heç-heçə edib – 1:1. 

Görüş saat 19:30-da başlanacaq.