Azərbaycan çempionu ilk oyunda uduzub

Kişi həndbolçulardan ibarət "Bakı" komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışda ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, ölkə çempionu turnirin ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Qraçanisa” komandası ilə üz-üzə gəlib.

"Qraçanisa” təmsilçimizə 33:17 hesabı ilə qalib gəlib.

Komandalar arasında cavab oyunu oktyabrın 30-da olacaq.