"Azəryol"un Avropa kubokundakı rəqibi müəyyənləşdi

Qadın həndbolçulardan ibarət "Azəryol" komandasının Avropa Kubokunun 1/16 final mərhələsindəki rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi bu mərhələdə Serbiyanın "ZRK Naisa" komandası ilə qarşılaşacaq.

Azərbaycan çempionu ilk oyuna noyabrın 14-ü və ya 15-də səfərdə çıxmalıdır. Cavab görüşləri isə bir həftə sonra olacaq.