Azərbaycan - Çexiya matçına nə qədər bilet satılıb?
Dünya çempionatının təsnifat mərhələsinin Azərbaycan-Çexiya matçına bilet satışı davam edir. Sportline.az xəbər verir ki, bu günədək 13000-ə yaxın bilet sahibini tapıb. Çempionlar Liqasının "Qarabağ"-"Roma" görüşünə bilet əldə edənlər bu qarşılaşmanı 50 faiz güzəştlə izləyə bilərlər. Bunun üçün, həmin bileti kassaya təqdim etmək tələb olunur. Sadə biletlər 1-6 manat, VİP biletlər isə 50 manat qiymətindədir.
Xatırladaq ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüşün start fiti saat 20-00-da başlanacaq.