Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında fərdi mübarizəni iki bürünc medalla başa vurublar.
Sportline.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev bürünc medal uğrunda görüşdə Toma Nikiforova (Belçika) qalib gələrək bürünc medala sahib çıxıb.
Daha əvvəl yalnız Hidayət Heydərov (73 kq) üçüncü yeri tutub. Mundiala oktyabrın 13-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.