Azərbaycan cüdoçusu Avropa ikincisi olub
Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib polşalı Ksaveri İqnasyak olub.
Bayramov fənd tətbiq edərək, rəqibin kürəyini yerə vurub. Hakimlər əvvəlcə Azərbaycan cüdoçusunu qalib elan etsələr də, sonradan qərarı dəyişiblər.
Yeni qaydalara görə, baş xalçaya doğru gedirsə, fəndi atana cəza verirlər.
Beləliklə, rəqibinə ipponla uduzan Bayramov gümüş medalla kifayətlənib.