Azərbaycan Fransa və Macarıstanla eyni qrupda

Çimərlik futbolu üzrə dünya çempionatının təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, təsnifat oyunlarının Avropa mərhələsində 28 komanda iştirak edəcək. 7 qrupda mübarizə aparacaq komandalardan ilk iki yeri tutan və daha iki ən yaxşı komanda ümumilikdə FİFA-2017-də çıxışa imkan verəcək 4 vəsiqə uğrunda yarışacaqlar.

2-11 sentyabr tarixləri arasında keçiriləcək oyunlarda millimiz G qrupunda Macarıstan, Fransa və Bolqarıstanla mübarizə aparacaq:

A qrupu: İtaliya, Belarus, Türkiyə, Serbiya

B qrupu: Portuqaliya, İngiltərə, Rumıniya, Moldova

C qrupu: Rusiya, Almaniya, Norveç, Qazaxıstan

D qrupu: İsveçrə, Yunanıstan, Hollandiya, Litva

E qrupu: İspaniya, Polşa, Estoniya, Danimarka

F qrupu: Ukrayna, Çexiya, Avstriya, Gürcüstan

G qrupu: Macarıstan, Fransa, AZƏRBAYCAN, Bolqarıstan

Qeyd edək ki, Dünya Kuboku gələn il Baham Adalarında keçiriləcək.