Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar

Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri növbəti medalları qazanıblar.

Sportline.az xəbər verir ki, ayrı-ayrı alətlər üzrə böyüklər arasında ilk qaliblər müəyyənləşib. Komandamızın üzvləri Nikita Simonov qızıl (halqalar), İvan Tixonov qızıl (paralel qollar) və bürünc (halqalar), Rəsul Əhmədzadə qızıl (sərbəst hərəkətlər) və bürünc (paralel qollar), Nazənin Teymurova qızıl (dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Murad Ağarzayev gümüş (sərbəst hərəkətlər) medal qazanıblar.

Yeniyetmələr arasında İlham Salayev qızıl (paralel qollar, halqalar), Hüseyn Qəhrəmanov gümüş (paralel qollar) və bürünc (halqalar), Albina Aliyeva gümüş (dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Leyla Məmmədzadə gümüş (müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə gümüş (sərbəst hərəkətlər), Emin Xankişiyev bürünc (sərbəst hərəkətlər) mükafata sahib çıxıblar.

Gənclər arasında Aydın Əlizadə qızıl (sərbəst hərəkətlər), gümüş (halqalar) və bürünc (paralel qollar), Dəniz Əliyeva isə gümüş (dayaqlı tullanma) medala yiyələnib.