Azərbaycan hakimləri Avropa çempionatının seçmə oyununa təyinat alıb
FİFA referisi Rauf Cabarov 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə oyununa təyinat alıb.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Cabarov oktyabrın 7-də keçiriləcək Kosovo – Çexiya qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.