Azərbaycan Həndbol Federasiyasında hesabat-seçki konfransının vaxtı açıqlanıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransının vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, fevralın 3-də təşkil olunacaq tədbir saat 10.00-da başlayacaq.

AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Qeyd edək ki, federasiyada bir qrup həndbolçu ilə rəhbərlik arasında narazılıq yaranıb. Nəticədə qurumun qərarı ilə həmin idmançılar diskvalifikasiya olunublar.