Azərbaycan idmançısı dünya reytinqində 2-ci sıraya yüksəldi
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Anna Başta İtaliyada keçirilən Qran-Pri turnirində qazandığı qızıl medal sayəsində reytinqini yüksəldib.
Sportline.az xəbər verir ki, 27 yaşlı idmançı Beynəlxalq Qılıncoynatma Federasiyasının reytinq cədvəlində ikinci sıraya qalxıb.
Baştanın hesabında 168,0 xal var. İlk sırada fransız Manon Brunet (212,0) qərarlaşıb.