Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev "EA Sports"un UFC 4 video oyununa daxil edilib.

Sportline.az xəbər verir ki, 29 yaşlı idmançı bu barədə şəxsi tviter hesabında bildirib.

Fiziyev Azərbaycanı bu oyunda təmsil edən ilk döyüşçü olduğu üçün qürur duyduğunu yazıb.

O, fotosunu paylaşaraq izləyicilərinə "reytinqim haqqında nə düşünürsünüz" sualını da ünvanlayıb.

Qeyd edək ki, Rafael Fiziyev son olaraq iyulda braziliyalı Rafael dos Anyusu məğlub edib.