Azərbaycan idmanında tarixi uğur
ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan komandası növbəti medalını qazanıb. Qadın idmançılar arasında mübarizə aparan Boyanka Kostova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birdən hərəkətlərdə 112 kq-ı başı üzərinə qaldırmaqla yeni rekord da müəyyən edib.
Təkanla qaldırmada da uğurla çıxış edən Kostova burada da rekord vurub. O, 140 kq çəkinin öhdəsindən gəlib.
Ümumilikdə, 252 kq çəkini başı üzərinə qaldıran Boyanka Kostova qızıl medala yiyələnib. Bu isə Azərbaycan idmanında tarixi uğurdur. O, qadın ağırlıqqaldıranlarımız arasında dünya çempionu adını qazanan ilk idmançıdır.
Xatırladaq ki, bunadək isə Xristov komandamıza bürünc medal qazandırmışdı.