Azərbaycan - İrlandiya görüşünün hakimi açıqlandı
DÇ-2022-nin seçmə mərhələsinin oktyabrın 9-da keçiriləcək Azərbaycan – İrlandiya matçının hakimləri məlum olub.
Sportline.az xəbər verir ki, oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Espen Eskas olacaq. Ona yan xətt hakimləri Kim Tomas Haqlund və Oystein İtterland kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kay Erik Stin yerinə yetirəcək.
Matçın VAR hakimi türkiyəli referi Abdulkadir Bitigen, onun köməkçisi isə Ali Palabıyık olacaq.
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.