Azərbaycan klubu tailandlı voleybolçunu heyətinə qatıb

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini tailandlı oyunçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, bu barədə "Gəncə" klubunun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümü ölkəsində “Diamond Food Fine Chief” komandasının heyətində keçirən voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, “Gəncə” daha əvvəl yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova və rusiyalı oyunçu Anastasiya Atepalinanı heyətinə qatıb.