Azərbaycan komandası dünya kubokunda finala yüksəldi
Bakı keçirilən bədii gimnastika üzrə Dünya Kuboku davam edir.
Sportline.az xəbər verir ki, Azərbaycanın qrup hərəkətlərindən ibarət komandası yarışda finala yüksəlib. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinanın olduğu kollektiv 5 halqa ilə hərəkətlərdə 33.050 xal toplayıb.
Komanda təsnifat mərhələsini ikinci pillədə başa vuraraq finala adlayıb. 32.750 xala malik İtaliya birinci olub.