Azərbaycan kuboku: Bu gün püşk atılır

Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünün püşkü atılacaq.

Sportline.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.  Yarışda Misli Premyer Liqasında bütün 10, birinci diviziondan isə 4 komanda olmaqla 14 iştirakçı mübarizə aparacaq. Bunlar aşağıda adları qeyd olunan komandalardır:

"Qarabağ"

"Neftçi"

"Sabah" 

"Qəbələ"

 "Turan Tovuz",

"Zirə"

"Səbail"

"Kəpəz"

"Sumqayıt"

"Şamaxı".

“Qaradağ Lökbatan”

MOİK

“Araz Naxçıvan”

“Mingəçevir”. 

Qeyd edək ki, ötən mövsüm Azərbaycan kubokunun qalibi "Qarabağ" olub.

Banner