Azərbaycan kuboku: "Neftçi" "Turan Tovuz"a uduzdu
Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarına yekun vurulacaq.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 26-ı keçiriləcək.
19 aprel (çərşənbə)
16:00. “Turan Tovuz” – “Neftçi” 1:0
Qol: Marandiçi, 74
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Tural İbrahimov
Tovuz şəhər stadionu
18 aprel (çərşənbə axşamı)
18:00. “Qəbələ” – “Səbail” - 3:2
Qollar: İlkin Muradov, 8 (0:1), Emil Martinov, 21 (0:2), Rafael Utziq, 34 (1:2), 66 (2:2), Felipe Santos, 74 (3:2)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu