Azərbaycan Kuboku: "Şamaxı" "Qarabağ"a,"Turan Tovuz" "Kəpəz"ə qarşı

Bu gün Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarına yekun vurulacaq.

Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Qarabağ" "Şamaxı"nın qonağı olacaq. Görüş saat 14:30-da başlayacaq. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.

1/8 finalda Ağdam təmsilçisi "Karvan-Yevlax"ı, "Şamaxı" "Bakı Sportinq"i mübarizədən kənarlaşdırıb. Misli Premyer Liqasında isə "Qarabağ" 39 xalla 2-ci, "Şamaxı" 23 xalla 8-cidir.

Günün 2-ci matçında "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Qərb derbisi saat 19:00-da start götürəcək. Görüş Əli Əliyevə həvalə olunub.

1/8 finalda "Turan Tovuz" "Şahdağ Qusar"a, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəlib. Misli Premyer Liqasında Tovuz klubu 30 xalla 3-cü, Gəncə təmsilçisi isə 12 xalla 11-cidir.

Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar

5 fevral

14:30. "Şamaxı" – "Qarabağ"

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.

VAR: Rauf Cabarov.

AVAR: Emin Əliyev.

Şamaxı şəhər stadionu

19:00. "Turan Tovuz" – "Kəpəz"

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Teymur Teymurov.

"Azərsun Arena"

4 fevral

19:30. "Sabah" – "Qəbələ" - 0:0 

17:00. "Sumqayıt" – "Zirə" - 0:0 

Yarımfinal cütləri

“Sabah”/“Qəbələ” - “Qarabağ”/“Şamaxı”
“Sumqayıt”/“Zirə” - "Turan Tovuz”/“Kəpəz”