Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib

Bakı İdman Sarayında Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunları keçirilib.

Sportline.az xəbər verir ki, mərhələnin ilk qarşılaşmasında Yüksək Liqanın iddialı komandalarından “Neftçi” və İkinci Liqanın məğlubedilməz lideri “Obolon” qarşılaşıb.

Fasiləyə qədər tərəflər hərəyə iki dəfə fərqlənib. İkinci hissədə də komandalar qarşılıqlı qollarla yadda qalıb. Yalnız Tural İsmayılovun vurduğu qol qarşılıqsız qalıb və mərhələ adlayan tərəf “Neftçi” olub.

“Xəzər Cənub” “Təbriz”lə görüşün qalibi oldu. Mərhələnin son duelində isə “Baku Fire” “Advokat”la qarşılaşıb. Birinci Liqanın lideri İkinci Liqanın ortabablarından hesab edilən “vəkillər”lə bacarmayıb. Yarımfinalda “Neftçi” EKOL-la, “Xəzər Cənub” isə “Advokat”la qarşılaşacaq. Bu mərhələnin oyunları mayın 20-də, final matçı isə mayın 23-də keçiriləcək.

Neftçi – Obolon  5:4 (2:2)

Araz – EKOL 4:5 (1:0)

Xəzər Cənub – Təbriz  5:1 (2:1)

Baku Fire – Advokat 2:5 (0:3)