Azərbaycan kubokunun sahibi bu stadionda bilinəcək
Azərbaycan Kubokunun 2022/2023 mövsümünün final görüşünün keçiriləcəyi stadion müəyyənləşib.
Sportline.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən oyun “Bakcell Arena”da olacaq.
Ölkə kubokunun həlledici qarşılaşması əvvəlcədən elan olunduğu kimi iyun ayının 3-də keçiriləcək.
Oyunla bağlı əlavə məlumat veriləcək.