Azərbaycan millisi Çexiyaya qarşı bu heyətlə oynayacaq

DÇ-2018-in təsnifat mərhələsində sabah Çexiya ilə üz-üzə gələcək Azərbaycan seçməsinin start heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki bu "11-liy"ə güvənəcək.

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Pavel Paşayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Riçard Almeyda, Əfran İsmayılov, Ruslan Qurbanov, Dmitri Nazarov.

Xatırladaq ki, Azərbaycan - Çexiya oyununun start fiti sabah saat 20:00-da səslənəcək.