Azərbaycan millisi ilə oyuna cəzalı futbolçu çağırılıb

21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinə Azərbaycan seçməsinə qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün cəzalı futbolçu çağırılıb.

Sportline.az xəbər verir ki, bu, Xorvatiyaya evdə 0:2 hesabı ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuş Anssi Suhonendir. UEFA-nın 20 yaşlı yarımmüdafiəçiyə 1 və 2 oyunluq cəza verəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, oktyabrın 8-də Azərbaycanın qonağı olacaq Finlandiya 4 gün sonra Avstriyanı qəbul edəcək. İlk oyunu buraxacağı dəqiqləşən Anssi Suhonenin ikinci matçda iştirakı isə sual altındadır.