Azərbaycan millisi Misirə yollanıb

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin Hurqa şəhərinə yollanıb.

Bu barədə Sportline.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Milli sözügedən ölkədə təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesi fevralın 28-dək davam edəcək.

Komanda toplanış çərçivəsində Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirinə də qatılacaq.