Azərbaycan millisi penaltilərlə qalib gəldi
17 yaşadək qızlardan ibarət Azərbaycan seçməsi Monteneqronun Podqoritsa şəhərində təşkil olunan UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbolçuları Monteneqro komandası ilə qarşılaşıb. Oyunu 1:1 hesabı ilə başa çatdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən Azərbaycan millisi 5:4 hesabı ilə qələbə qazanıb.
Yığmamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstan komandasına qarşı keçirəcək.