Azərbaycan - Qətər matçında 4 qol

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

Sportline.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edirdi.

Beynəlxalq yoldaşlıq oyunu

14 noyabr

21:00. Azərbaycan - Qətər - 2:2 

Qollar: Almoez, 23 (0:1), Emin Mahmudov, 37 (1:1), 68 (2:1), Almoez, 78 (2:2)

Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)

Dördüncü hakim: Elçin Məsiyev

Bakı Olimpiya Stadionu.