Azərbaycan millisi yarımfinal oyununa çıxır
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gələcək.
"Tipos Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Yarımfinalın digər matçında isə Macarıstan və Ukrayna yığmaları üz-üzə gələcək. Bu görüş isə saat 21:15-də start götürəcək.
Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.