Azərbaycan millisinin sonuncu rəqibi müəyyənləşdi

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının əsas mərhələsindəki sonuncu rəqibi müəyyənləşib.

SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ilkin seçmə mərhələnin oyunlarında ardıcıl 3 qələbə qazanan Kipr yığması B qrupunun qalibi olub və əsas mərhələdə çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, yığma Sloveniya, Hollandiya və Kiprlə birgə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları 26 - 31 martda Sloveniyada təşkil olunacaq.