"Qalatasaray"da ayrılıq
“Qalatasaray”da ayrılıq yaşanıb.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi Halil Dervişoğlunu icarəyə göndərib.
26 yaşlı hücumçu karyerasını Super Liqa klublarından “Qaziantep”də davam etdirəcək. Tərəflər arasında 1 illik razılaşma əldə olunub.
Qeyd edək ki, Dervişoğlu 2023-cü ildə “Qalatasaray”a transfer olunub.