"Turan Tovuz" qalib gəldi
Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilib.
Sportline.az xəbər verir ki, bu, 1992-ci ildən bəri keçirilən Azərbaycanın 35-ci milli çempionatı olacaq. Budəfəki yarışda adları qeyd olunan 12 komanda iştirak edəcək: "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qarabağ", "Qəbələ", "Neftçi", "Sabah", "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz", "Zirə".
Turun açılış matçı Tovuz şəhər stadionunda yerli "Turan Tovuz"la "Qəbələ" klubları arasında olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
1-ci turun digər oyunları avqustun 15-16-17 tarixlərində keçiriləcək.
14 avqust
Misli Premyer Liqası 1-ci tur
19:30. “Turan Tovuz” – “Qəbələ” - 1:0
Qol: Enrike Silva, 35
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Tovuz şəhər stadionu
15 avqust
18:30. “Araz-Naxçıvan” – “İmişli”
20:45. “Sabah” – “Kəpəz”
16 avqust
19:00. “Sumqayıt” – “Neftçi”
21:00. “Zirə” – “Şəfa”
17 avqust
19:30. “Qarabağ” – “Şamaxı”