U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı

AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqası və U-17 Liqada 2026/2027-ci illər mövsümünün püşkü atılıb. 

Sportline.az xəbər verir ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında keçirilib.

Hər iki liqa 14 komandanın iştirakı ilə keçiriləcək. Komandalar A və B qruplarına bölünüblər. Hər qrupda 7 komanda mübarizə aparacaq.

Liqalarda 1-ci turun oyunları avqustun 22-23-də keçiriləcək.
 
Gənclər Liqasında 1-ci turun təqvimi
 
A qrupu

“Qəbələ” – “Sumqayıt”
“Sabah” – “Qarabağ”
“Zirə” – “Araz-Naxçıvan”
Qeyd: “Neftçi” turu buraxacaq.
 
B qrupu

“Şəfa” – “Dinamo” (Bakı)
“Turan Tovuz” – “İmişli”
“Şamaxı” – “Lion”
Qeyd: “Kəpəz” turu buraxacaq.
 
U-17 Liqada 1-ci turun təqvimi
 
A qrupu

“Sabah” – “Qarabağ”
“Zirə” – “Qəbələ”
“Sumqayıt” – “Turan Tovuz”
Qeyd: “Neftçi” turu buraxacaq.
 
B qrupu

“Şəfa” – “Dinamo” (Bakı)
“Şamaxı” – “İmişli”
“Araz-Naxçıvan” – “Kəpəz”
Qeyd: EFA turu buraxacaq.