Ronaldo imicini dəyişdirdi
Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo şəxsi həyatındakı önəmli hadisədən sonra yeni görünüşü ilə diqqət çəkib.
Sportline.az xəbər verir ki, 41 yaşlı futbolçu saçlarını narıncı-qırmızı rəngə boyadaraq yeni imicini nümayiş etdirib. Ronaldo yeni görünüşünü sosial media hesabında paylaşdığı görüntülərlə izləyicilərinə təqdim edib.
Qeyd edək ki, Ronaldo və model Georgina Rodriges avqustun 11-də Portuqaliyanın Kaskais şəhərində keçirilən özəl mərasimdə rəsmi nikaha daxil olublar. Cütlük uzun illər davam edən münasibətdən sonra ailə qurub.
Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.