Azərbaycan mövqeyini qorudu, Braziliya zirvədə
Kolumbiyada keçirilən futzal üzrə Dünya çempionatının ardınca milli komandaların yeni reytinq cədvəli açıqlanıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə mövqeyində dəyişiklik olmayan Azərbaycan seçməsi 10-cudur. Komandamızın aktivində 1435 xal var.
Siyahıya Braziliya millisi başçılıq edir. İspaniya ikinci, Rusiya üçüncü pillədə qərarlaşıb.
1. Braziliya - 1915
2. İspaniya – 1891
3. Rusiya - 1758
4. Argentina - 1706
5. İtaliya - 1630
6. İran - 1605
7. Portuqaliya - 1583
8. Ukrayna - 1471
9. Qazaxıstan - 1465
10. Azərbaycan – 1435