Azərbaycan paralimpiyaçıları İslamiadaya bürünc medallarla başlayıblar

Azərbaycan para-oxatanları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 2 bürünc medal qazanıblar.

Milli Paralimpiya Komitəsindən Sportline.az saytına verilən məlumata görə, Cahan Musayeva və Azadə Abdullayevadan ibarət komanda miks, Cahan Musayev və Əli Nəbiyevdən ibarət kollektiv isə komanda növündə 3-cü yeri tutublar.

Qeyd edək ki, İslamiadada Azərbaycanı 8 paralimpiyaçı təmsil edir.

Banner