Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Keşlə"yə uduzdu, "Qəbələ" - "Neftçi" görüşündə heç-heçə
Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Neftçi" "Qəbələ"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.
Digər qarşılaşmada isə "Sumqayıt" "Keşlə"ni qəbul edib və 1:3 hesabı ilə uduzub.
Azərbaycan Premyer Liqası
14-cü tur
15 dekabr (çərşənbə)
19:00. “Sumqayıt” – “Keşlə” - 1:3
Qol: Pərviz Azadov, 37 (0:1), Rəhman Hacıyev, 47 (0:2), Felipe Santos, 80-pen (0:3), Camələddin Xocaniyazov, 84 (1:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
16:00. “Qəbələ” – “Neftçi” - 1:1
Qol: Rafael Utziq, 28 (1:0), Emin Mahmudov, 39 (1:1)
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu
16 dekabr (cümə axşamı)
16:30. “Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“ASCO Arena”
19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
“Azersun Arena”