Azərbaycan Premyer Liqası: "Zirə" "Sumqayıt"a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Zirə" komandası "Sumqayıt"ı qəbul edib və minimal hesabla qalib gəlib.

Azərbaycan Premyer Liqası, VI tur

1 oktyabr (cümə)

19:30. “Zirə” – “Sumqayıt” 1:0

Qol: Loris Broqno, 14
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun iki oyunu oktyabrın 2-də gerçəkləşəcək. "Keşlə" "Sabah"ı, "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.