Azərbaycan Premyer Liqasında II turun proqramı

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb. Sportline.az xəbər verir ki, "Səbail" və "Kəpəz" klubları rəqiblərini öz meydanlarında keçirə bilməyəcəklər.

"Bayıl Arena" təmirdə olduğundan, "Neftçi" ilə görüş "Dalğa Arena"da, Gəncə şəhər stadionunun ot örtüyü hazır olmadığından, "Zirə" ilə qarşılaşma Yevlax şəhər stadionunda baş tutacaq.

Azərbaycan Premyer Liqası, II tur

19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi”

“Dalğa Arena”

20:00. “Qarabağ” – “İnter”

“Azərsun Arena”

20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”

Yevlax şəhər stadionu

20:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu