Azərbaycan - Qətər görüşünün hakimi müəyyənləşdi
Futbol üzrə Azərbaycan və Qətər milliləri arasında keçiriləcək yoxlama oyununun hakimləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, qarşılaşma Litvadan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Ona yan xətt hakimləri Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək.
Dördüncü hakim funksiyasını azərbaycanlı FİFA referisi Elçin Məsiyev yerinə yetirəcək.
Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlanacaq.